Oyun zamanı faciə: 25 yaşlı futbolçu öldü - FOTO
Portuqaliyanın ikinci liqasında keçirilən yoldaşlıq görüşündə faciə baş verib.
Sportify.az xəbər verir ki, “Real Sport Klub”un futbolçusu Kevin Kastro “Eştrella de Amadora” ilə qarşılaşmanın 10-cu dəqiqəsində meydanda qəfil yıxılıb və dünyasını dəyişib.
25 yaşlı yarımmüdafiəçinin vəziyyəti ilə bağlı dərhal tibbi müdaxilə göstərilib. Həkimlər onu həyata qaytarmağa çalışsalar da, bütün cəhdlər nəticəsiz qalıb.
Hadisədən sonra qarşılaşmanın taleyi və futbolçunun ölüm səbəbi ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Kevin Kastro əvvəllər İngiltərənin “Vest Bromviç” komandasında çıxış edib.
Former West Bromwich Albion player Quevin Castro has passed away aged 25.
Our thoughts and prayers go out to his friends and family during this extremely difficult time.
RIP, Quevin. 💔 #wba pic.twitter.com/IWUMBg2TjE
— westbrom.fc (@talkwba) August 22, 2026



No Comment! Be the first one.