Palmer millidən kənarlaşdırıldı
İngiltərənin “Çelsi” komandasının hücumameylli yarımmüdafiəçisi Koul Palmer İngiltərə millisinin UEFA Millətlər Liqasının qarşıdakı oyunlarında iştirak etməyəcək.
Sportify.az xəbər verir ki, “Sky Sports News”un məlumatına görə, 24 yaşlı futbolçu əzələ zədəsi səbəbindən milli komandanın heyətindən çıxarılıb.
Qeyd edək ki, K.Palmer İngiltərə millisinin heyətinə baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında 2026-cı il dünya çempionatından kənarda qaldıqdan sonra yenidən dəvət olunmuşdu.
İngiltərə yığması Millətlər Liqasının ilk oyunları çərçivəsində sentyabrın 26-da Londonda İspaniya, sentyabrın 29-da Praqada Çexiya, oktyabrın 3-də Riyekada Xorvatiya və oktyabrın 6-da Londonda yenidən Çexiya ilə qarşılaşacaq.



No Comment! Be the first one.