Qadın hakimimiz Avropa çempionatının seçmə oyunlarında
Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.
Sportify.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lütfəliyeva Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.
O, oktyabrın 25-də Uels – Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq – Gürcüstan qarşılaşmalarını idarə edəcək.
Bundan əlavə, azərbaycanlı hakim oktyabrın 28-də Uels – Gürcüstan oyununda dördüncü hakim olacaq.
Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.



No Comment! Be the first one.