"Qarabağ" "Şamaxı"ya qalib gəldi - YENİLƏNDİ
Misli Premyer Liqasında I turun son oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Ṣamaxı” komandaları üz-üzə gəlib.
Baṣ hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.
İlk yarıda tərəflər hərəyə bir dəfə fərqləniblər. Yeni transfer Renaldo Sefas 28-ci dəqiqədə “Qarabağ”ı önə çıxarıb. 43-cü dəqiqədə Edqar Adilxanov bərabərlik qolunu vurub.
59-cu dəqiqədə isə “Şamaxı”nın daha bir futbolçusu Rikardo Apolinario topu öz qapısına göndərərək, avtoqol müəllifi olub. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Aleksey Kaşuk vurub.
Bu, “Qarabağ” və “Şamaxı”nın 82-ci qarşılaşması olub. Əvvəlki oyunların 42-də Qarabağ, 13-də Ṣamaxı qalib gəlib, daha 26-da heç- heçə qeydə alınıb.
Topların nisbətində Ağdam komandası xeyli irəlidədir – 120:48.
“Şamaxı” 27 oyundur qələbə qazanmır. “Qarabağ” evdə 15 matçdır uduzmur.
Misli Premyer Liqası, I tur
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı” – 3:1
Qollar: Renaldo Sefas, 28. Rikardo Apolinario, 59 (avtoqol). Aleksey Kaşuk, 85 – Edqar Adilxanov, 43
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, ilk turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i, “Zirə” “Şəfa”nı 2:0, “Neftçi” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə yenib. “Araz-Naxçıvan” – “İmişli” matçında isə qalib müəyyənləşməyib – 0:0.



No Comment! Be the first one.