"Qarabağ" - "Tvente" matçının biletləri satışda
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Niderland “Twente”si arasında keçiriləcək ilk matçın biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, ən ucuz biletə 5 manat qiymət qoyulub.
Digər standart biletlərin qiymətləri 10 manat, 15 manat və 20 manatdır. VIP sektorlara 50 manat, 75 manat və 100 manata, VVIP sektorlara 150 manata giriş mümkündür.
VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.
Qeyd edək ki, biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək olar. Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər. Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.



No Comment! Be the first one.