“Qırmızı şeytanlar” Didye Deşamı istəyirlər
İngiltərə klubu “Mançester Yunayted” Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamı komandanın baş məşqçi postuna namizədlərdən biri hesab edir.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna X sosial şəbəkəsində məlumat yayıb.
Jurnalistin sözlərinə görə, İngiltərə klubu Deşamla əlaqə saxlayıb. Lakin fransalı mütəxəssis tələsmir və digər təklifləri də nəzərdən keçirmək niyyətindədir.
58 yaşlı Deşamın son iş yeri Fransa millisi olub. O, 2026-cı il dünya çempionatından sonra yığmanı tərk edib.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Komanda 9 oyundan sonra 7 xal toplayıb. Lider “Arsenal”ın isə aktivində 24 xal var.



No Comment! Be the first one.