Rəhim Həsənov: "Kəpəz" - "İmişli" oyununda baş hakim səhv qərar verib - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.
Sportify.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum rəsmisi “Kəpəz” – “İmişli” matçında baş hakimin səhv qərar verdiyini söyləyib.
R.Həsənovun sözlərinə görə, “İmişli”nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.
Bundan əlavə, sədr “Sumqayıt” – “Şəfa” qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.



No Comment! Be the first one.