Rafael Vieqaş yenidən “İmişli”də
Rafael Vieqaş yenidən “İmişli”yə qayıdıb.
Sportify.az xəbər verir ki, onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Rafael Vieqaş karyerası ərzində Portuqaliyanın “San-Joau Ver”, “Vilaverdense”, “Felqeyraş”, “Salgueyruş”, “Şaveş”, “Vizela” və “Agueda”, Çexiyanın “1. SK Znoymo”, həmçinin Braziliyanın “Real-DF” komandalarının formasını geyinib.
Vieqaş ötən mövsüm də “İmişli”nin heyətində çıxış edib. Futbolçu 31 oyunda komandamızın formasını geyinib və 1 qola imza atıb.



No Comment! Be the first one.