"Real Madrid"in futbolçusu içkili tutuldu, sərt cəzalandı - VİDEO
İspaniya “Real Madrid”inin futbolçusu Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalandırılıb.
Sportify.az “Marca”ya istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib və 14 400 avro cərimələnib.
Avqustun 16-da ispaniyalı oyunçunun avtomobili Qran-Kanariyanın cənubunda keçirilən rutin yoxlama zamanı saxlanılıb. Futbolçunun qanında alkoqolun səviyyəsi icazə verilən normadan 4 dəfə çox olub. Asensioda bu göstərici 0,90 mq/l təşkil edib. İspaniyada icazə verilən hədd isə 0,25 mq/l-dir.
Avqustun 19-da məhkəmə futbolçunu sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilib.
Qeyd edək ki, “Real Madrid”in yetirməsi olan Raul Asensio 2025/2026 mövsümündə bütün turnirlərdə 34 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Müdafiəçinin “kral klubu” ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun transfer dəyərini 20 milyon avro qiymətləndirir.
Alguien debería hablar como un padre a Asencio y dejarle las cosas claras.
Un jugador del Madrid no puede estar metido en estos temas. El año pasado ya salió así de la cena del equipo.
pic.twitter.com/hQr4DBrcFj https://t.co/3muVgiX4Jk
— ( fan) Real Madrid Fans 🤍 (@Madridismoreal) September 2, 2026



No Comment! Be the first one.