Ronaldu gələcəkdə “Mançester Yunayted”in baş məşqçisi və ya sahibi ola bilər
Kriştianu Ronaldunun fiziki hazırlıq üzrə keçmiş məşqçisi Mik Kleqq portuqaliyalı hücumçunun futbolçu karyerasını başa vurduqdan sonra İngiltərə təmsilçisi “Mançester Yunayted”in baş məşqçisi və ya sahibi ola biləcəyini ehtimal edib.
Sportify.az xəbər verir ki, məşqçi bu barədə “Manchester Evening News” nəşrinə danışıb.
“Düşünürəm ki, o, baş məşqçi kimi özünü sınamaq istəyərdi. Ronaldu bu mütəxəssislərin fəaliyyətini yaxından izləyib və onların işində çoxlu problemlər görüb. Kimin yaxşı, kimin zəif məşqçi olduğunu bilir. O, fərqli və xüsusi baş məşqçi ola bilər, çünki qərəzsizdir və başqalarını dinləməyi bacarır. Mənə elə gəlir ki, o, məmnuniyyətlə “Mançester Yunayted”in baş məşqçisi və ya sahibi olardı. Onun əsas xüsusiyyətlərindən biri daim plan qurmasıdır. O, hər şeyin öz-özünə baş verməsini gözləyən insanlardan deyil” – deyə Kleqq bildirib.



No Comment! Be the first one.