“Səbail” böyük hesabla qalib gəldi
Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Səbail” yoxlama matçı keçirib.
Sportify.az xəbər verir ki, Binə qəsəbə stadionunda baş tutan qarşılaşmada rəqib “Şimal” olub.
Görüş 5:2 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.
“Səbail”in heyətində Yan Said dubl edib, digər qollara isə Eltun Turabov, Peter Aqblevor və Kənan Quliyev imza atıb.



No Comment! Be the first one.