"Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı
Misli Premyer Liqasında II turun oyun cədvəli məlum olub.
Sportnet.az xəbər verir ki, turun 6 görüşündən 4-ü baş tutacaq.
Peşəkar Futbol Liqası Azərbaycanı müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alıb.
Nəticədə “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edilib.
Qalan 4 görüş həftəsonu təşkil olunacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
22 avqust (şənbə)
18:30. “Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu
20:45. “Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu
23 avqust (bazar)
18:30. “Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu
20:45. “Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”
Qeyd:



No Comment! Be the first one.