"Sabah"ın daha bir futbolçusu "Barselona"ya qarşı oynamaya bilər
“Sabah”ın futbolçusu Abdulax Xaybulayev zədə səbəbindən “Barselona” ilə qarşılaşmanı buraxa bilər.
Sportify.az xəbər verir ki, Xaybulayev Andorra ilə yoldaşlıq görüşünün son dəqiqələrində zədələrək, meydanı yarımçıq tərk edib. O, Misli Premyer Liqasının XII turunda “Sabah”ın səfərdə “Sumqayıt”a 5:1 hesabı ilə qalib gəldiyi oyunun iştirak ərizəsinə salınmayıb. O, “Barselona” ilə oyunda iştirak ərizəsində yer alsa da, meydana çıxması sual altındadır.
Komandanın digər futbolçusu Eyden MakKarti cəzalı olduğu üçün meydana çıxmayacaq.
İspaniya təmsilçisində isə Andreas Kristensen (əzələ zədəsi), Rodri (bud arxası əzələsinin zədəsi), Lamin Yamal və Xavi Espart (topuq zədəsi) qarşıdakı matçda iştirak edə bilməyəcəklər.



No Comment! Be the first one.