“Sabah”ın oyunlarına 100 mindən çox bilet satıldı
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi 4 ev oyunu üçün indiyədək 104 620 bilet satılıb.
Sportify.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, bilet satışı ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələyib.
Qeyd edək ki, bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.




No Comment! Be the first one.