Şamaxıda qələbə, Gəncədə heç-heçə - YENİLƏNDİ
Misli Premyer Liqasında VI turun son oyununda “Kəpəz” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Gəncə şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.
Hesabı 35-ci dəqiqədə qonaqların futbolçusu Mamadi Banqre açıb.
86-cı dəqiqədə isə Kennet Kalunqa bərabərlik qolunu vurub.
Bununla da xalını 7-yə çatdıran “Kəpəz” 7-ci pillədə qərarlaşıb. Hələ də qələbəyə həsrət olan və 2 xala malik “Sumqayıt” isə 11-cidir.
Qeyd edək ki, bu, VI turun heç-heçə ilə nəticələnmiş yeganə oyunu olub. Turun əvvəlki oyunlarında “Qarabağ” evdə “Şəfa”nı, “Turan Tovuz” “Zirə”ni 1:0, “Sabah” “İmişli”ni 3:1, “Şamaxı” “Araz-Naxçıvan”ı 2:1, “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.
———————————-
Misli Premyer Liqasında VI turun daha bir oyunu “Şamaxı” və “Araz-Naxçıvan” komandaları arasında keçirilib.
Sportify.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
“Şamaxı” bu mövsüm doğma arenadakı ilk matçında hər iki qolu penaltidən vurub. Baş hakim İnqilab Məmmədovun 27-ci və 36-cı dəqiqələrdə təyin etdiyi 11 metrlik cərimə zərbələrini Rikardo Apolinario dəqiq yerinə yetirib.
“Araz-Naxçıvan”ın yeganə topuna isə 32-ci dəqiqədə Ağadadaş Salyanski imza atıb.
Beləliklə, xalını 9-a çatdıran “Şamaxı” 6-cı pilləyə yüksəlib. Hələ də qələbəyə həsrət qalan “Araz-Naxçıvan” isə 2 xalla 11-cidir.
Bu gün Misli Premyer Liqasında VI turun son iki qarşılaşması keçiriləcək.
Sportify.az xəbər verir ki, turun son oyun günündə “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “Sumqayıt”ı qəbul edəcək.
“Şamaxı” bu mövsüm ilk dəfə ev oyununa çıxacaq.
Misli Premyer Liqası, VI tur
20 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Araz-Naxçıvan” – 2:1
Qollar: Rikardo Apolinario, 27 (pen.); 36 (pen.) – Ağadadaş Salyanski, 32
Sarı vərəqələr: Jota, 67 (qeyri-idman hərəkəti); Abdul Raşid Mumini, 69 (qeyriidman hərəkəti); Rikardo Apolinario, 73 (qeyri-idman hərəkəti); Emil Süleymanov, 90 (qeyri-idman hərəkəti) – Mamadu Kane, 34 (hakimin qərarına etiraz); Boyan Letiç, 40 (qeyri-idman hərəkəti); Alberto Fernandes, 43 (qeyri-idman hərəkəti); Ağadadaş Salyanskiy, 74 (qeyri-idman hərəkəti)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, (14. Uğur Cahangirov, 61), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, (7. Emil Süleymanov, 71), 10. Edqar Adilxanov, (17. Sənan Muradlı, 71), 25. Filipe Markes, 13. Rikardo Apolinario, 9. Tornike Axvlediani, (19. Abdullahi Şuaybu, 71), 3. Jota, 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 2. Fariz Xeyrullayev, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 66. Ceyhun Bağırzadə, 8. Teşaqer Dequ
Baş məşqçi: Azər Bağırov
“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli, 7. Rövlan Muradov, (10. Şarl Boli, 60), 26. Ömər Buludov, 2. Abdulla Rzayev, (12. Bruno Franko, 78), 9. Ağadadaş Salyanskiy, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 11. Mohamed Mara, (8. Mustafa Əhmədzadə, 74), 36. Mamadu Kane, (29. Ceyhun Nuriyev, 60), 5. Luka Dumançiç, 23. Alberto Fernandes, (14. Ülvi İsgəndərov, 74)
Ehtiyat oyunçular: 1. Artur Auqusto, 13. Qabil Əlizadə, 22. Rəşad Həsənov, 21. İbrahim Piriyev, 77. Nihat Mehralıyev, 19. Abdallah Sudi
Baş məşqçi: Zaur İsmayılov
Şamaxı şəhər stadionu, 1 100 tamaşaçı
19:00. “Kəpəz” – “Sumqayıt” – 1:1
Qollar: Kennet Kalunqa, 87 – Mamadi Banqre, 35
Sarı vərəqələr: Desmond Akua, 26 (qeyri-idman hərəkəti) – Ronaldo Vaskez, 77 (oyunun
bərpasının ləngidilməsi); Nihad Əhmədzadə, 81 (qeyri-idman hərəkəti); Keffel Resende, 90
(hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Filipe Kandido, 81 (hakimin qərarına etiraz);
Vurğun Hüseynov, 90 (hakimin qərarına etiraz)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Kərim Zeynalov
“Kəpəz”: 1. Rojerio Santos, 34. Urfan Abbasov (k), (20. Rafael Məhərrəmli, 59), 7. Namik Ələskərov, (33. Blessinq Olabiran, 46), 9. Kennet Kalunqa, 21. Azuma Abubakar, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, (10. Rəhman Hacıyev, 79), 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua, (99. Əli Səmədov, 46), (8. Şakir Seyidov , 59)
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 6. Vadim Abdullayev, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 70. Şahnur İsmayılov
Baş məşqçi: Azər Məmmədov
“Sumqayıt”: 16. Marko Yohanson, 29. Emil Mustafayev, (17. Nihad Əhmədzadə, 75), 9. Jeam Oliveyra, (7. Rüstəm Əhmədzadə, 65), 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez, (97. Vüsal Paşayev, 83), 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, (27. İmani Barker, 83), 21. Tiaqo Almeyda, 5. Renan Santana
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 75. Nadir Orucov
Baş məşqçi: Filipe Kandido
Gəncə şəhər stadionu, 14 500 tamaşaçı
Xatırladaq ki, turun əvvəlki görüşlərində “Neftçi” “Qəbələ”yə 3:0, “Qarabağ” “Şəfa”ya 1:0, “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” isə “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.
Bombardirlər:
Breno Almeyda (“Neftçi”) – 7 qol
Coy-Lens Mikels (“Sabah”) – 4 qol



No Comment! Be the first one.