"Qəbələ" və "Turan Tovuz"dan səfər qələbələri - YENİLƏNDİ
Bu gün Misli Premyer Liqasının XII turunda 2 oyun keçirilib.
Sportify.az xəbər verir ki, əvvəlcə “Şamaxı” “Turan Tovuz”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Qonaqların heyətində qolları Joarlem Santosla İbrahima Vadji vurub. Tovuz təmsilçisindən Jorje Silva 75-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Günün digər matçında “Şəfa” “Qəbələ”ni qəbul edib. Bu oyunda da eyni hesab qeydə alınıb. Qonaqlar 2 cavabsız qolla qalib gəliblər. “Qəbələ”nin heyətində Şahin Şahniyarov və Meşak Uboçioma adını tabloya yazdırıb.
Bu nəticələrdən sonra xalını 24-ə yüksəldən “Turan Tovuz” “Sabah” və “Neftçi” ilə birlikdə şərikli liderə çevrilib, “Şamaxı” 14 xalla 7-ci, “Qəbələ” 11 xalla 9-cu, “Şəfa” 5 xalla 11-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası, XII tur
21 noyabr (şənbə)
14:30. “Şamaxı” – “Turan Tovuz” – 0:2
Qollar: Joarlem Santos, 34, İbrahima Vadji, 87
Qırmızı vərəqə: Jorje Silva, 75 (“Turan Tovuz”)
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR hakimi: Nicat İsmayıllı
AVAR hakimi: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
17:00. “Şəfa” – “Qəbələ” – 0:2
Qollar: Şahin Şahniyarov, 59, Meşak Uboçioma, 90+2
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR hakimi: İnqilab Məmmədov
AVAR hakimi: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
22 noyabr (bazar)
“Araz-Naxçıvan” – “Neftçi”
“Kəpəz” – “Qarabağ”
20 noyabr (cümə)
“İmişli” – “Zirə” – 2:2
“Sumqayıt” – “Sabah” 1:5.



No Comment! Be the first one.