Azərbaycan I Liqasında VIII tura yekun vurulub.
Sportify.az xəbər verir ki, turun sonuncu oyunları bu gün baş tutub.
Lider “Şahdağ Qusar” ikinci pillədə gedən “Gəncəbasar”la üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Digər matçda isə “Şimal” “Zaqatala”nı 4:1 hesabı ilə məğlub edib.
I Liqa, VIII tur
20 noyabr (cümə)
14:00. “Şahdağ Qusar” – “Gəncəbasar” – 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 500 tamaşaçı
14:00. “Şimal” – “Zaqatala” – 4:1
Qollar: Niyazi Osmanov, 26. Murad Dadaşev, 53; 63. Lama Bamba, 83 – Samuel Anadem, 70
Qırmızı vərəqə: İbrahim Ramazanov, 89 (“Zaqatala”)
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu.
Qeyd edək ki, ilk oyun günündə “Karvan-Yevlax” səfərdə “Xankəndi”ni 2:0, “Mingəçevir” evdə “Baku Sportinq”i 1:0 hesabı ilə yenib, MOİK – “Səbail” oyunu isə heç-heçə ilə yekunlaşıb – 0:0.
Bu nəticələrdən sonra turnir cədvəli belədir:




No Comment! Be the first one.