Avropa çempionatı: Millimizin növbəti rəqibi uduzdu
Bakıdakı Milli Gimnastika Arenasında qadın voleybolçular arasında keçirilən Avropa çempionatının C qrupunda daha bir oyun başa çatıb.
Sportify.az xəbər verir ki, günün ilk görüşündə Belçika və İspaniya yığmaları üz-üzə gəlib.
Ümumilikdə 125 dəqiqə davam etmiş matç Belçikanın əzmkar qələbəsi ilə başa çatıb – 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8).
Günün növbəti oyunu saat 18:30-da başlanacaq. Arenaya Rumıniya və Niderland milliləri çıxacaq.
Qeyd edək ki, C qrupunun açılış oyununda Azərbaycan millisi Portuqaliyaya 3:2 hesabı ilə qalib gəlib. Avqustun 23-də saat 15:30-da Portuqaliya – Belçika, 18:30-da isə İspaniya – Azərbaycan qarşılaşması start götürəcək.



No Comment! Be the first one.