Toraldan məhsuldar ötürmə, "Bursaspor"dan qələbə - VİDEO
Türkiyə I Liqasında XIII turun oyununda Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” “Bandırmaspor”u qəbul edib.
Sportify.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Toral Bayramov da bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 25 yaşlı sol cinah müdafiəçisi 90 dəqiqə meydanda qalıb. O. 7-ci dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini verib.
Xallarını 31-ə yüksəldən “Bursaspor” liderliyini davam etdirir.



No Comment! Be the first one.