"Turan" İtaliyanın tanınmış klubları ilə qarşılaşacaq
Azərbaycanı voleybol üzrə Çempionlar Liqasında təmsil edəcək “Turan” komandası İtaliyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirəcək.
Sportify.az-ın əldə etdiyi məlumata görə, Tovuz klubu iki həftəlik toplanışda İtaliyanın məşhur klubları ilə qarşılaşacaq.
Hələlik tanınmış komandaların adları dəqiq məlum deyil.
Qeyd edək ki, “Turan” komandası Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Mladost”la qarşılaşacaq. İlk oyun oktyabrın 20-22-də Bakıda, cavab görüşü isə 27-29-da səfərdə keçiriləcək.



No Comment! Be the first one.