"Turan Tovuz" və "Sabah"dan qələbə – YENİLƏNDİ
Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
Sportify.az xəbər verir ki, son çempion “Sabah” doğma meydanda “İmişli” ilə qarşılaşıb.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəqibin heyətində Sadiq Məmmədzadə 20-ci dəqiqədə avtoqol müəllifi olub. Umarali Raxmonaliyev 35-ci dəqiqədə ikinci qolu vurub.
Qonaqlardan 90-cı dəqiqədə Ronaldo fərqlənib.
90+2-ci dəqiqədə isə onun komanda yoldaşı Luis Silvestr söyüş söydüyü üçün referi Kamal Umudlu tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
“İmişli” bərabərlik qolunu vurmağa çalışdığı vaxt əks-hücumda Kahim Parris 90+5-ci dəqiqədə son nöqtəni qoyub.
Xallarını 15-ə çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. Masazır təmsilçisi çempionatda ilk dəfə qapısında top görüb. “İmişli” isə 4 xalla 9-cu yerdədir.
—————————–
Misli Premyer Liqasında VI turunda növbəti oyun keçirilib.
Sportify.az xəbər verir ki, “Turan Tovuz” evdə “Zirə” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 90+6-cı dəqiqədə Filip Damyanoviç vurub.
Xallarını 11-ə çatdıran Tovuz klubu 4-cü pilləyə yüksəlib. Qonaqlar isə 10 xalla 5-ci yerə enib.
——
Misli Premyer Liqasında VI turun ikinci oyun günü çərçivəsində bu gün iki qarşılaşma baş tutacaq.
Sportify.az xəbər verir ki, “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. 10 xala malik “Zirə” turnir cədvəlində 4-cü, 8 xalı olan Tovuz təmsilçisi isə 5-ci pillədə qərarlaşıb.
Günün digər matçında “Sabah” “İmişli”ni Bakıda qəbul edəcək. Paytaxt klubu 12 xalla 3-cü, “İmişli” isə 4 xalla 8-ci yerdədir.
Misli Premyer Liqası, VI tur
19 sentyabr
17:30. “Turan Tovuz” – “Zirə” – 1:0
Qol: Filip Damyanoviç, 90+6
Sarı vərəqələr: Denis Marandiçi, 56 (qeyri-idman hərəkəti) – Ruan Renato, 11 (qeyri-idman
hərəkəti); Hacıağa Hacılı, 90+3 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 90+4 (hakimin
qərarına etiraz); Qismət Alıyev, 90+6 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Nəriman Hüseynov (“Zirə”), 90+5 (hakimin qərarına
etiraz)
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Teymur Teymurov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu, 4000 tamaşaçı
“Turan Tovuz”: 1. Oleq Baklov, 5. Roderik Miller, (4. Rahil Məmmədov, 73), 23. Alexandro Serrano, (17. Rəhim Sadıxov, 90+1), 90. Jo Batista, 77. Vadji İbrahima, (8. David Tavareş, 90), 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 25. Denis Marandiçi, 33. Filip Damyanoviç, 11. Dioqo Balau, (28. Aleksa Yankoviç, 73)
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 3. Enrike Silva, 15. Emmanuel Hakman
Baş məşqçi: Kurban Berdiyev
“Zirə”: 72. Hüseynəli Quliyev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, (6. Hacıağa Hacılı, 85), 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, (10. Giorgi Papunaşvili, 62), 4. Ruan Renato, 21. Rikardo Martins, 20. İssa Cibrila, (9. Davit Volkov, 62), 5. Ange Mutsinzi, 27. Bayere Lue, 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 3. Dimitri Leqbo
Baş məşqçi: Rəşad Sadıqov
19:45. “Sabah” – “İmişli” – 3:1
Qollar: Sadiq Məmmədzadə, 20 (öz qapısına). Umarali Raxmonaliyev, 35, Kahim Parris 90+5 – Ronaldo, 90
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov, Rauf Cabarov (VAR), Tərlan Talıbzadə (AVAR)
“Bank Respublika Arena”
Turun əvvəlki oyunları:
“Qəbələ” – “Neftçi” – 0:3
“Qarabağ” – “Şəfa” – 1:0



No Comment! Be the first one.