Türkiyə millisi yenidən Avropa çempionu oldu
Türkiyə millisi yenidən qadın voleybolçular arasında Avropa çempionu olub.
Sportify.az xəbər verir ki, “Filenin Sultanları” finalda İtaliyaya qalib gəlib – 3:2 (16:25, 25:22, 12:25, 25:21, 15:10).
Daniele Santarellinin rəhbərlik etdiyi komanda nüfuzlu yarışa son çempion kimi başlayıb. Qrup mərhələsində Latviya, Sloveniya, Macarıstan, Almaniya və Polşa ilə qarşılaşan qardaş ölkə millisi 4 qələbə və 1 məğlubiyyətlə qrupda ikinci yeri tutub.
Pley-off mərhələsində isə Türkiyə yığması 1/8 finalda Azərbaycanı 3:0, 1/4 finalda Almaniyanı 3:1, yarımfinalda isə Serbiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
İtaliya üzərində qələbə Türkiyə millisinin Avropa çempionatında həm ardıcıl, həm də ümumilikdə ikinci çempionluğu olub. Türkiyə 2023-cü ildə tarixində ilk dəfə Avropa çempionu adını qazanmışdı.
“Filenin Sultanları” 2003 və 2019-cu illərdə finala yüksəlsə də, hər iki turnirdə gümüş medalla kifayətlənib. Türkiyə millisi 2011, 2017 və 2021-ci illərdə isə Avropa çempionatında bürünc medal qazanıb.



No Comment! Be the first one.