Türkiyə millisi Fransaya uduzdu, əsas qapıçısını itirdi
Türkiyə yığması UEFA Millətlər Liqasında A Liqasının ilk turunda Fransanı qəbul edib.
Sportify.az xəbər verir ki, İzmitdəki “Kocaeli” stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0.
Qeganə qolu Kilian Mbappe vurub. Fransalı hücumçu 54-cü dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb. Qol vurduğu vaxt ayağında ağrılar hiss edən Mbappe meydanda çox qala bilməyib və 60-cı dəqiqədə əvəzlənib.
87-ci dəqiqədə isə Türkiyə millisinin qapıçısı Uğurcan Çakır cərimə meydançasının çölündə topu əllə dəf etdiyi üçün qırmızı vərəqə alıb. Nəticədə “ay-ulduzlular” azlıqda qalıb. Qapını isə Altay Bayındır qoruyub.
Qalan bölümdə hesab dəyişməyib. Beləliklə, Fransa turnirə 3 xalla başlayıb.
Türkiyə növbəti turda sentyabrın 28-də İtaliya ilə, Fransa isə həmin gün Belçika ilə qarşılaşacaq.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir.



No Comment! Be the first one.