TVF-nin prezidenti Faiq Qarayevə mükafat verdi
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib.
Sportify.az xəbər verir ki, mükafatı ona İstanbulda təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Türkiyə-Azərbaycan qarşılaşmasında Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ təqdim edib.
Bu mükafat Faiq Qarayevə Türkiyədə voleybolun inkişafındakı xidmətlərinə görə verilib.



No Comment! Be the first one.