Üç çəkidə dünya çempionu olmuş boksçu vəfat etdi - FOTO
Puerto-rikolu keçmiş boksçu, üç çəki dərəcəsində dünya çempionu olmuş Vilfredo Qomes 69 yaşında vəfat edib.
Sportify.az xəbər verir ki, bu barədə “The Ring” nəşri məlumat yayıb.
Əfsanəvi boksçunun ölüm səbəbi açıqlanmayıb. O, oktyabrın 29-da 70 yaşını qeyd etməli idi.
Vilfredo Qomes Dünya Boks Şurasının (WBC) versiyası üzrə ikinci ən yüngül və yarım yüngül, Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə isə ikinci yarım yüngül çəki dərəcələrində dünya çempionu olub.
Qomes 1995-ci ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.




No Comment! Be the first one.