UEFA "Sabah"ı böyük məbləğdə cərimələdi
“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka “Orhus”u ilə keçirdiyi cavab oyununda baş vermiş insidentlərə görə cəzalandırılıb.
Sportify.az xəbər verir ki, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib.
11 avqust 2026-cı ildə Masazırdakı “Bank Respublika Arena”da keçirilmiş matç ərəfəsində iki komandanın azarkeşləri arasında baş vermiş münaqişə araşdırılıb.
UEFA “Sabah”ı “azarkeşlərin yaratdığı iğtişaşlara görə” İntizam Reqlamentinin 16-cı maddəsinin 2(h) bəndi, həmçinin “tamaşaçıların ayrılması tələbinə əməl edilməməsinə görə” Təhlükəsizlik və Mühafizə Reqlamentinin 27-ci maddəsi ilə ittiham edib.
Nəticədə Azərbaycan klubu 25 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Sabah” həmin qarşılaşmada “Orhus”u 4:0 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə görə 5:2 hesablı üstünlüklə mərhələ adlayıb.



No Comment! Be the first one.