UEFA "Sabah"ın futbolçusuna ağır cəza verdi
Çempionlar Liqasında Liqa mərhələsinin IV turunda “Vikinq”lə Norveçdəki qarşılaşma zamanı birbaşa qırmızı vərəqə alan “Sabah”ın futbolçusu Eyden Makkartinin cəzası məlum olub.
UEFA-nın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, cənubi afrikalı mərkəz müdafiəçisi 2 oyunluq cəzalandırılıb.
23 yaşlı stopper İspaniya təmsilçiləri ilə qarşılaşmaları buraxacaq. “Sabah” noyabrın 25-də evdə “Barselona” və dekabrın 8-də səfərdə “Vilyarreal” ilə görüşlərdə iştirak etməyəcək.
Makkarti “Vikinq”lə oyunun 77-ci dəqiqəsində rəqib futbolçunun sifətinə zərbə endirdiyi üçün meydandan qovulub. O, III turda Almaniyanın “Borussiya Dortmund” komandası ilə ev oyununda isə “Sabah”ın yeganə qolunu vurub.
Qeyd edək ki, “Sabah” “Borussiya Dortmund”a 1:2, “Vikinq”ə 1:4 hesabı ilə uduzub.


No Comment! Be the first one.