Umarali Raxmonaliyev: 100 faizdən artıq performans göstərəcəyik
“Bura gələn çoxlu özbək jurnalist görürəm. Onlar mənim üçün gəliblər, çox xoşdur”.
Sportify.az-ın məlumatına görə, bunu “Sabah” komandasının futbolçusu Umarali Raxmonaliyev evdə İspaniya “Barselona”sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
23 yaşlı yarımmüdafiəçi bildirib ki, 100 faizdən artıq performans göstərəcəklərini bildirib: “İnanıram ki, yaxşı oyun olacaq. Ümid edirəm ki, təkcə mən yox, bütün komandamız yaxşı performans nümayiş etdirəcək. Azarkeşlərimizin dəstəyi ilə sabah 100 faizdən daha artıq gücümüzü ortaya qoymağa çalışacağıq..
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Barselona” görüşü saat 21:45-də başlanacaq.


No Comment! Be the first one.