"Vikinq"in hücumçusu: Bu, "Qarabağ"a vurduğum ilk qola bənzəyirdi
“Bu, fantastik oyun idi. Çox yaxşı komanda üzərində 4:1 hesablı qələbə qazandıq”.
Sportify.az xəbər verir ki, bunu Norveç “Vikinq”inin futbolçusu Erik Botheym evdə “Sabah”ı məğlub etdikləri Çempionlar Liqasının IV tur matçından sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı hücumçuqələbənin komandaya əlavə inam qazandırdığını bildirib: “Onlarla oynamaq çətin idi, çünki çoxlu futbolçunu irəli göndərirlər və əks-hücumlarda həqiqətən təhlükəlidirlər. Bununla belə, biz müsbət məqamları da gördük və qol imkanlarımızdan yararlana bildik. İlk qol çox yaxşı alındı. Yaxşı ötürmə oldu və topa rəqibdən əvvəl çatmağı bacardım. Bu qol əslində “Qarabağ”a vurduğum ilk qola çox bənzəyirdi. Həmin an o qolu xatırladım. İkinci qol isə bir qədər bəxt məsələsi idi, amma bu, bizə rahatlıq verdi”.
Botheym komandasının ilk qələbəsinin onlara inam hissi verdiyini vurğulayıb: “İndi Çempionlar Liqasında qalib gələ biləcəyimizə inanırıq. Bu turnirdə hər oyun çox çətindir, amma təbii ki, qazandığımız bu inamı növbəti matçlara da daşıyacağıq”.
Qeyd edək ki, Erik Botheym “Sabah”la qarşılaşmanın ən yaxşı oyunçusu seçilib və dubl edib. Norveçli forvard İsveç “Malmö”sündə çıxış etdiyi vaxt 3 oktyabr 2024-cü ildə keçirilmiş Avropa Liqası matçında “Qarabağ”ın qapısından da 2 top keçirib. Həmin görüşdə Azərbaycan komandası 1:2 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.