Vinisiusa ŞOK cəza - El Klasikonu buraxacaq
İspaniya “Real Madrid”inin futbolçusu Vinisius Junior 4 oyunluq diskvalifikasiya edilib.
Sportify.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi braziliyalı hücumçunu “Vilyarreal”la oyunda (1:0) aldığı qırmızı vərəqəyə görə cəzalandırıb.
Vinisius rəqib futbolçu Neytan Salibanın saçını dartdığına və meydandan qovulduqdan sonra hakimə etirazlarına görə cəzalanıb.
İki oyunluq cəza kobud davranışa, digər iki oyunluq cəza isə hakimə etiraza görə verilib.
Beləliklə, “sambaçı” “Sevilya”, “Barselona”, “Rasinq Santander” və “Valensiya” ilə qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Barselona” – “Real Madrid” matçı oktyabrın 25-də “Spotify Kamp Nou” stadionunda keçiriləcək. Vinisius bu səbəbdən mövsümün ilk “El-Klasiko”sunu buraxacaq.



No Comment! Be the first one.