Vinisiusun “Real Madrid”də oyun vaxtı azalıb
İspaniya klubu “Real Madrid”in hücumçusu Vinisius Junior ötən mövsümün eyni dövrü ilə müqayisədə cari mövsümdə daha az oyun vaxtı alır.
Sportify.az xəbər verir ki, AS nəşrinin hesablamalarına görə, braziliyalı futbolçu 2026/27 mövsümündə 11 matçda ümumilikdə 801 dəqiqə meydanda olub. Bu, hər oyuna orta hesabla 72,8 dəqiqə deməkdir.
2025/26 mövsümünün eyni mərhələsində Vinisius 15 qarşılaşmada 1284 dəqiqə (orta hesabla 85,6 dəqiqə), 2024/25 mövsümündə isə 16 matçda 1420 dəqiqə (88,8 dəqiqə) oynayıb. Beləliklə, onun orta oyun vaxtı ötən mövsümlə müqayisədə 12,8 dəqiqə azalıb.
Vinisiusun yoxluğunda baş məşqçi Joze Mourinyo sol cinahda Yan Diomandenin oyun vaxtını artırmaq imkanı əldə edib. Son qarşılaşmalarda “Real Madrid” ardıcıl qələbələr qazanıb.
Mourinyo isə Vinisiusun komandaya qayıdışından sonra əsas heyətdə kimə yer veriləcəyini komandanın maraqlarının müəyyən edəcəyini bildirib.



No Comment! Be the first one.