İspaniya və İsveçrədən ardıcıl 4-cü qələbə, Slovakiya və İngiltərədən darmadağın - YENİLƏNDİ
UEFA Millətlər Liqasında IV turun son matçları keçirilib.
Sportify.az xəbər verir ki, turun üçüncü oyun günündə A, B və C Liqalarında 10 qarşılaşma baş tutub.
Gecənin ən maraqlı qarşılaşması Xorvatiya və İspaniya arasında keçirilib. Qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
Hesabı 17-ci dəqiqədə yerli komandanın futbolçusu İvan Perişiç vurub. 61-ci dəqiqədə Mikel Merino bərabərlik qolunu vurub.
79-cu dəqiqədə Perişiç ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulub. 88-ci dəqiqədə isə Merino “dubl” edərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da İspaniya ardıcıl 4-cü qələbə ilə xalını 12-yə yüksəldib.
Qrupun digər matçında İngiltərə Çexiyanı darmadağın edib – 3:0.
Eyni hesablı daha bir qələbəni B Liqasında İsveçrə Şimali Makedoniya üzərində qazanıb. Bununla da İsveçrə ardıcıl 4-cü qələbə ilə xalını 12-yə çatdırıb.
C Liqasının 3-cü qrupunda isə Slovakiya səfərdə Moldovanın qapısından 4 cavabsız top keçirib.
UEFA Millətlər Liqası, IV tur
6 oktyabr
A Liqası
3-cü qrup
22:45. İngiltərə – Çexiya – 3:0
22:45. Xorvatiya – İspaniya – 1:2
Xal durumu: İspaniya – 12, İngiltərə – 9, Xorvatiya – 3, Çexiya – 0
B Liqası
1-ci qrup
22:45. Şotlandiya – Sloveniya – 1:2
22:45. İsveçrə – Şimali Makedoniya – 3:0
Xal durumu: İsveçrə – 12, Sloveniya – 7, Şotlandiya – 4, Şimali Makedoniya – 0
C Liqası
1-ci qrup
22:45. Albaniya – San Marino – 2:1
22:45. Belarus – Finlandiya – 1:0
Xal durumu: Albaniya – 9, Finlandiya – 7, Belarus – 7, San Marino – 0
3-cü qrup
18:00. Qazaxıstan – Farer adaları – 2:2
22:45. Moldova – Slovakiya – 0:4
Xal durumu: Slovakiya – 10, Farer adaları – 4, Moldova – 4, Qazaxıstan – 2
4-cü qrup
22:45. Lüksemburq – Bolqarıstan – 0:2
22:45. Estoniya – İslandiya – 0:0
Xal durumu: İslandiya – 8, Estoniya – 6, Bolqarıstan – 4, Lüksemburq – 3.



No Comment! Be the first one.