"Zirə"dən qələbə, Sumqayıtda hərəyə 2 qol - YENİLƏNDİ
Misli Premyer Liqasında XI turun növbəti oyununda “Zirə” “Qəbələ”ni qəbul edib.
Sportify.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 2:1 hesablı qələbə qazanıb. Hesabı 11-ci dəqiqədə Davit Volkov açıb.
3 dəqiqə sonra tarazlıq bərpa olunub. İsmael Akinade adını tabloya yazdırıb.
Görüşün sonlarında – 89-cu dəqiqədə Kris Diqbeu “Zirə”yə qələbə gətirən qolu vurub – 2:1.
Qələbədən sonra “Zirə” 19 xalla 5-ci pillədə qərarlaşıb. Aktivində 8 xal olan “Qəbələ” isə 10-cu yerdədir.
Misli Premyer Liqasında XI turun növbəti oyunu “SOCAR Polymer Arena”da “Şəfa” və “Araz-Naxçıvan” komandaları arasında keçirilib.
Sportify.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.
Qolların hamısı ilk yarıda vurulub. 6-cı dəqiqədə ‘Şəfa”nın legioneri Bafode Dansoko hesabı açıb.
35-ci dəqiqədə Ağadadaş Salyanski hesabı bərabərləşdirib. Bu, Salyanskinin çempionatda 5-ci qolu olub.
39-cu dəqiqədə Arsen Ağcabəyov uzaqdan zərbə ilə gözəl qol vuraraq, “Şəfa”nı yenidən önə çıxarıb. Lakin 43-cü dəqiqədə Muhammed Mara yenidən bərabərlik qoluna imza atıb.
Bununla da tərəflər hərəyə 1 xalla kifayətlənməli olublar.
Hazırda “Şəfa” 5 xalla 11-ci, “Araz-Naxçıvan” 4 xalla sonuncu yerdə gedir.
———————-
Misli Premyer Liqasının “Zəfər turu” adlanan XI turunda bu gün də 2 oyun keçiriləcək.
Sportify.az xəbər verir ki, günün ilk matçında “Şəfa” “Araz-Naxçıvan”la qarşılaşacaq. Sumqayıtdakı “SOCAR Polymer Arena”da təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Son pillələrdə qərarlaşan komandalardan “Şəfa”nın 4, “Araz-Naxçıvan”ın isə 3 xalı var. Komandalar indiyədək qarşılaşmayıblar.
Günün növbəti oyununda “Zirə” “Qəbələ”ni qəbul edəcək. 16 xalla 6-cı olan “Zirə” qələbə qazansa, 5-ci pilləyə yüksələcək. Hazırda 8 xala malik “Qəbələ” isə 10-cu pillədən qurtulmaq niyyətindədir.
Komandaların əvvəlki 38 oyunundan 11-də “Zirə”, 12-də “Qəbələ” qalib gəlib, 15-də heç-heçə qeydə alınıb. Topların nisbətində də əyalət kollektivi öndədir – 41:37. “Zirə” son 4 matçda qalib gəlib. “Qəbələ” axırıncı 6 oyunda qələbə qazanmayıb.
Misli Premyer Liqası
XI tur
7 noyabr (şənbə)
16:00 “Şəfa” – “Araz-Naxçıvan” – 2:2
Qollar: Bafode Dansoko, 6. Arsen Ağcabəyov, 39 – Ağadadaş Salyanski, 35. Muhammed Mara, 43
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“SOCAR Polymer Arena”
18:30. “Zirə” – “Qəbələ” 2:1
Qollar: Davit Volkov, 11, Kris Diqbeu, 89 – İsmael Akinade, 14
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov
VAR: Kamranbəy Rəhimov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İK stadionu
6 noyabr (cümə)
18:00 “Qarabağ” – “Turan Tovuz” – 0:1
Qol: Roderik Miller, 80
20:00 “Neftçi” – “Kəpəz” – 1:0
Qol: Alen Şkribek, 67
8 noyabr (bazar)
15:00 “İmişli” – “Sumqayıt”
17:30 “Sabah” – “Şamaxı”



No Comment! Be the first one.