15 yaşlı dünya çempionumuz Vətəndə - FOTOLAR
Ekvadorun Quayakil şəhərindəki cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iki medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Sportify.az xəbər verir ki, kollektivi Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, dünya çempionatında 15 yaşlı Fərid Rzazadə (50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Ayxan Həsənli (81 kq) isə gümüş medala sahib çıxıb.
Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vuraraq 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.












No Comment! Be the first one.