III Beynəlxalq Xankəndi Ultramarafonuna Ağdamda yekun vurulub.
Sportify.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov marafonla bağlı fikirlərini bölüşüb:
“Artıq üçüncü dəfədir ki, ultramarafon keçirilir. İlk dəfə start Xankəndidən götürülüb, son iki ildə isə finiş nöqtəsi Xankəndi kəndi olub. İştirakçılar 192 kilometrlik məsafəni dörd gün ərzində qət edirlər.
Bu il yarışda altı ölkənin nümayəndələri iştirak edir. İştirakçıların sayında artım var. Əcnəbi idmançılarla yanaşı, azərbaycanlıların da çoxluq təşkil etməsi ölkəmizdə ultramarafona marağın artdığını göstərir. İştirakçıların təxminən 25 faizini qadınlar təşkil edir.
Artıq ilk finişə çatan idmançılar da var. Bütün iştirakçıları təbrik edir, azad olunmuş torpaqlarımızda keçirilən bu möhtəşəm tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm”.



No Comment! Be the first one.