Dünya çempionatı: Güləşçilərimizdən bürünc və gümüş medallar - YENİLƏNDİ
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Sportify.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baitsayevi məğlub edib.
Digər güləşçilərdən İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ) uduzub. Cəbrayıl Hacıyev (79 kq) isə 1/4 finalda türkiyəli Okan Taxtaçını məğlub etsə də, yarımfinalda iranlı Məhəmməd Noxodlarimiyə uduzub.
Turan Bayramov təsnifat mərhələsində Giorgi Elbakidzeni (Gürcüstan) 2-1 hesabı ilə məğlub etsə də, 1/8 finalda Qazaxıstan təmsilçisi Nurkoja Kapanova uduzub. Lakin N.Kapanov finala yüksəldiyi üçün T.Bayramov təsəlliverici görüşə çıxacaq.
92 kq çəki dərəcəsində yarışan Ali Tsokayev 1/8 finalda Recep Haydarini (Makedoniya) məğlub etsə də, 1/4 finalda Trent Hidliyə (ABŞ) uduzub. Lakin T.Hidli finala yüksəldiyi üçün A.Tsokayev də təsəlliverici görüşdə mübarizə aparmaq hüququ qazanıb.
Arseniy Djioyev (86 kq) isə ABŞ-dən olan Kayl Deyklə qızıl medal uğrunda mübarizə aparıb və məğlub olaraq gümüş medalla kifayətlənib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.



No Comment! Be the first one.