Dakar-2026: Cüdoçumuz qızıl medal qazandı
Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
Sportify.az xəbər verir ki, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub. -55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına Dakar-2026-nın ilk qızıl medalını qazandırıb.
Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı.
Noyabrın 13-dək davam edəcək Dakar-2026-da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.



No Comment! Be the first one.