Emeri məşhur "Barselona" - PSJ matçı barədə: "Həmin vaxt VAR-a ehtiyac var idi"
İngiltərənin “Aston Villa” klubunun baş məşqçisi Unay Emeri PSJ-yə rəhbərlik etdiyi dövrdə “Barselona”ya qarşı keçirilən və Fransa təmsilçisinin 1:6 hesabı ilə məğlub olduğu Çempionlar Liqası matçını xatırlayıb.
Sportify.az xəbər verir ki, həmin vaxt Paris klubu ilk oyunda rəqibini 4:0 hesabı ilə məğlub etsə də, cavab qarşılaşmasında ağır məğlubiyyət alaraq turnirlə vidalaşmışdı.
“2004-cü ildən məşqçilik edirəm. Beləliklə, artıq 22 ildir bu işlə məşğulam. Komandalarım 17 ildir Avropanın müxtəlif turnirlərində – Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında çıxış edir. Bu oyunların hər biri mənim üçün bir dərs olub. Amma məhz həmin qarşılaşmadan çox böyük təcrübə qazandım. Həm idman baxımından, həm də idmandan kənar məsələlərdə. Həmin vaxt futbolda VAR-a ehtiyac var idi” – deyə Emeri “Barselona” ilə görüş öncəsi bildirib.


No Comment! Be the first one.