"Qarabağ" Savonun formasına görə cərimələndi - FOTO
“Qarabağ” klubu Misli Premyer Liqasının X turunda “Qəbələ” ilə oyunda baş verən üç hadisəyə görə ümumilikdə 4 500 manat cərimələnib.
Sportify.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Ağdam təmsilçisinin 9 nömrəli futbolçusu Zakaria Savonun formasında soyadının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.

Bundan başqa, “Qəbələ” – “Qarabağ” oyunu başa çatdıqdan sonra Ağdam klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunması 3000 manat cərimə ilə nəticələnib.
Həmçinin, qarşılaşma zamanı “Zona 1” ərazisində kənar şəxslərin olması səbəbindən meydan sahibləri 1000 manat cərimə edilib.
İntizam Komitəsi “Turan Tovuz” – “Sabah” matçı ilə bağlı da qərarlar qəbul edib. Oyundan sonra meydançaya kənar şəxsin daxil olması “Turan Tovuz”a 2500 manat cərimə bahasına başa gəlib. “Sabah” isə qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
“Sumqayıt” – “Şəfa” matçında qonaq komandanın 5 futbolçusunun sarı vərəqə alması da cərimə ilə nəticələnib. “Şəfa” 700 manat ödəyəcək.



No Comment! Be the first one.