GİN Safeguarding Platformasını istifadəyə verdi
Gənclər və İdman Nazirliyinin rəsmi internet saytında Safeguarding Platforması istifadəyə verilib.
Sportify.az xəbər verir ki, platforma idman mühitində təhlükəsizliyin təmin edilməsi, idmançıların, xüsusilə uşaqların və həssas qrupların hüquqlarının qorunması, zorakılıq, ayrı-seçkilik və digər arzuolunmaz halların qarşısının alınmasına xidmət edir.
İdmançılar, valideynlər, məşqçilər, hakimlər, könüllülər, federasiya və klub əməkdaşları, eləcə də digər şəxslər idman mühitində müşahidə etdikləri narahatedici hallarla bağlı linkə daxil olaraq istənilən vaxt məxfi şəkildə müraciət edə bilərlər.
Ətraflı: https://safeguarding.mys.gov.az/



No Comment! Be the first one.