“Real”ın ulduzu zədələndi
İspaniya klubu “Real Madrid”in hücumçusu Endrik sol bud nahiyəsindən zədələnib.
Sportify.az xəbər verir ki, braziliyalı futbolçu UEFA Çempionlar Liqasının sabah PSV-yə qarşı keçiriləcək oyunu öncəsi komanda ilə məşqdə iştirak etməyib.
Madrid klubunun mətbuat xidməti 20 yaşlı hücumçuda sol budun uzaqlaşdırıcı əzələsinin zədələndiyini açıqlayıb.
Endrikin yaşıl meydanlara qayıdacağı tarix hələlik məlum deyil.



No Comment! Be the first one.