Naxçıvan təmsilçisi məğlub oldu
Bu gün qadın voleybolçuların Super Liqasında növbəti oyun keçirilib.
Sportify.az xəbər verir ki, IV tura start verilib. “Milli Aviasiya Akademiyası” və “Naxçıvan” klubları “Milli Aviasiya Akademiyası” VK-nın idman zalında qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti görüşü noyabrın 27-də baş tutacaq. Həmin oyunda “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
24 noyabr
Super Liqa (qadınlar)
IV tur
“Milli Aviasiya Akademiyası” – “Naxçıvan” 3:1 (29:27, 22:25, 25:17, 25:23)
Ünvan: “Milli Aviasiya Akademiyası” VK-nın idman zalı



No Comment! Be the first one.