“Mançester Yunayted”in müdafiəçisi qışda klubdan ayrıla bilər
İngiltərə təmsilçisi “Mançester Yunayted”in müdafiəçisi Eyden Heyven qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Sportify.az xəbər verir ki, bu barədə BBC Sport məlumat yayıb.
20 yaşlı futbolçu az oyun şansı qazanmasından və Maurisio Poçettinonun baş məşqçi təyin olunmasından sonra komandadakı gələcək perspektivlərindən narahatdır. İngiltərəli müdafiəçi daha çox oyun təcrübəsi qazanmaq üçün icarəyə göndərilməyə üstünlük verir. Bununla yanaşı, daimi transfer variantlarını da nəzərdən keçirməyə hazırdır.
Heyvenlə İspaniya klubu “Barselona” və İngiltərə klubu “Fulhem” klubları maraqlanır. Hər iki komanda futbolçunu 2025-ci ilin fevralında “Arsenal”dan “Mançester Yunayted”ə keçməzdən əvvəl də heyətinə qatmağa çalışıb.
Qeyd edək ki, müdafiəçinin Mançester təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Sözləşmədə müddətin daha bir mövsüm uzadılması bəndi də yer alıb. Heyven 2026/27 mövsümündə bütün turnirlərdə 8 oyunda meydana çıxıb və qol vura bilməyib.



No Comment! Be the first one.