Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçiriləcək
30 noyabr – 5 dekabr tarixlərində Bakı şəhərində cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı təşkil olunacaq.
Sportify.az xəbər verir ki, proqram çərçivəsində təcrübəli yerli mütəxəssislər tərəfindən nəzəri və praktiki məşğələlər keçiriləcək.
İştirak üçün müraciət edən ilk 30 məşqçi proqrama qəbul olunacaq. Bu təşəbbüs xüsusilə Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün əhəmiyyət daşıyır.
Proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim ediləcək.
Qeydiyyat üçün son tarix 26 noyabrdır.
Məkan: Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 128
Əlaqə: +994 10 236 29 42



No Comment! Be the first one.