Premyer Liqa klubunda yeni müqavilə
İngiltərə klubu “Tottenhem” yarımmüdafiəçisi Luka Uilyams-Barnetlə yeni müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, London klubu ilə 18 yaşlı futbolçu arasında razılaşma 2031-ci ilin iyununa qədər nəzərdə tutulub.
İngiltərəli oyunçu “Tottenhem”in yetirməsidir. O, 10 yaşında klubun akademiyasına qoşulub.
Qeyd edək ki, noyabrın 21-də Uilyams-Barnett ilk dəfə Premyer Liqa matçında komandanın start heyətində meydana çıxıb. “İpsviç”lə qarşılaşmada (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçi 2007-ci ildə Qaret Beyldən sonra “Tottenhem”in İngiltərə çempionatında qol vuran ən gənc futbolçusu olub.
Uilyams-Barnett indiyədək London klubunun əsas komandasında ümumilikdə beş oyun keçirib.



No Comment! Be the first one.