"Barselona"nın gəncləri "Sabah"ı darmadağın etdi
UEFA Gənclər Liqasında Liqa mərhələsinin 5-ci turunda “Sabah” U-19 komandası İspaniyanın “Barselona” U-19 klubunu qəbul edib.
Sportify.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən oyunun 33-cü dəqiqəsində “Sabah”ın futbolçusu Ayomide Emmanuel Bakare 2-ci sarı vərəqədən sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Fasilədən sonra hücumlarının sayını artıran “Barselona” “Sabah”ı 7:0 hesabı ilə məğlub edib.
Hesabı 62-ci dəqiqədə Pedro Rodriqez açıb. 3 dəqiqə sonra Oskar Qistau adını tabloya yazdırıb. 75-ci dəqiqədə Qistau dublunu rəsmiləşdirib. Mixal Juk 82-ci dəqiqədə fərqi 4 topa çatdırıb. Ondan 1 dəqiqə sonra komanda yoldaşı Qorka Buil Dominqez “Sabah”ı mərkəzə dəvət edib. Son dəqiqələrdə daha 2 qol vurulub. 80-cu dəqiqədə Ajay Tavares və əsas vaxta əlavə edilən 1-ci dəqiqədə isə Nuhu Diarassouba hərəyə bir dəfə fərqlənib – 7:0.
Qələbə üzünə həsrət qalan “Sabah” 36 komanda arasında sonuncudur. 8 xalı olan “Barselona” isə 10-cu yerdədir.



No Comment! Be the first one.