“Qalatasaray”ın futbolçusu əməliyyat olundu
Türkiyə klubu “Qalatasaray”ın hücumçusu Deniz Gül “Aston Villa” ilə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçirilən oyunda (1:0) aldığı zədədən sonra burun nahiyəsindən əməliyyat olunub.
Sportify.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, futbolçu plastik cərrahiyyə və otorinolarinqologiya mütəxəssislərinin iştirakı ilə əməliyyat edilib.
“Deniz Gülə tezliklə sağalmağı arzulayırıq. Futbolçunun vəziyyəti tibbi heyətimiz tərəfindən gündəlik nəzarətdə saxlanılacaq”, – deyə klubun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, qarşılaşmada yeganə qolun müəllifi Deniz Gül olub. Qol epizodu zamanı “Aston Villa”nın hücumçusu Nikolas Cekson rəqibinin üz nahiyəsinə ayağı ilə zərbə endirib. Buna baxmayaraq, Gül xüsusi qoruyucu sarğı ilə oyunu davam etdirib.
Sonradan futbolçunun burnunda geniş dəri zədələnməsi və sınıq olduğu müəyyən edilib.



No Comment! Be the first one.