MOİK Braziliya çempionatının bombardirini transfer etmək istəyir
Rusiya MOİK-i Braziliyanın “Atletiko Paranaense” klubu ilə kolumbiyalı hücumçu Kevin Viverosun transferi ilə bağlı razılaşmaya yaxındır.
Sportify.az “ESPN Brasil”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun transferi 20-25 milyon avroya başa gələ bilər.
Lakin Moskva təmsilçisi hələlik oyunçunun özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdıra bilməyib.
“Transfermarkt” portalı Viverosun bazar dəyərini 20 milyon avro qiymətləndirir. Onun “Atletiko Paranaense” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Viveros Braziliya çempionatının hazırkı bombardiridir. O, 32 oyunda 21 qol vurub.



No Comment! Be the first one.