Sumo millisi dünya çempionatına hazırlaşır
Azərbaycanın sumo üzrə milli komandası Yaponiyada təlim-məşq toplanışında iştirak edib.
Sportify.az xəbər verir ki, 24 iyul – 7 avqust tarixlərində keçirilən hazırlıq prosesində milli komandanın üzvləri Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirovun rəhbərliyi ilə Asahi Qaoka Sumo Məktəbi və Yaponiyanın ən böyük universiteti olan Nihon Daigakuda (Japan University) məşqlər keçiblər.
Səfər çərçivəsində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov da milli komandanın məşq prosesini ziyarət edib. Səfir hazırlıq prosesi ilə yaxından tanış olub və idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Fərid Talıbov oktyabrın 17-18-də ilk dəfə Bakıda keçiriləcək Sumo üzrə dünya çempionatı münasibətilə Azərbaycan millisinin üzvlərinə uğurlar diləyib və komandanın yarışda yüksək nəticə qazanacağına inandığını bildirib.
Qeyd edək ki, Sumo üzrə dünya çempionatı ilk dəfə olaraq 17-18 oktyabr 2026-cı il tarixlərində Bakıda təşkil olunacaq.




No Comment! Be the first one.