ABL-də klub sayı bəlli oldu, "Şəki" düşürüldü
Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci illər mövsümündə iştirak edəcək klubların siyahısında dəyişiklik edilib.
Sportify.az xəbər verir ki, ABL və ölkə kubokunun keçirilməsi haqqında Əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticələrinə uyğun olaraq ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Qərara əsasən, 2026/2027-ci illər mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL-2-də mübarizə aparacaq.
Beləliklə, yeni mövsümdə Azərbaycan Basketbol Liqasında iştirak edəcək 8 klubun yekun siyahısı belədir:
-
“Sabah” BK
-
“Landau Lions”
-
“Gəncə” BK
-
“Neftçi” İK
-
“Ordu” İK
-
“Naxçıvan” BK
-
NTD BK
-
“Sumqayıt” BK



No Comment! Be the first one.